Bakıda binanın komendantı 3 nəfəri güllələdi

09:35 - 28 Aprel 2019 - HADİSƏ

Masazırda üç nəfər “Vinçester” markalı odlu silahdan açılan atəş nəticəsində çoxsaylı qırma yarası alıb.

“Report” xəbər verir ki, hadisə qəsəbədəki “Yeni Bakı” yaşayış kompleksi ərazisində baş verib. Hadisə zamanı 1994-cü il təvəllüdlü Kamran Qasımov sağ ayağından, 1990-cı il təvəllüdlü Talıbov Məmməd və 1980-ci il təvəllüdlü Gəncəliyev Zaur isə döş və qarın nahiyələrindən çoxsaylı qırma yarası alıb. Yaralılar 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Xəsarət alanların sözlərinə görə, onlara “Vinçester” markalı silahdan atəş açan “Yeni Bakı” yaşayış kompleksinin komendantı Ehtiram adlı şəxsdir. 

Xəbər xətti