Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub, xəsarət alanlar var

20:08 - 27 Aprel 2019 - HADİSƏ

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

Hadisə aeroport yolunda, "Buta Palace" yaxınlığında qeydə alınıb. Belə ki, Bilgəh qəsəbəsi - "Koroğlu" metrostansiyası istiqamətində hərəkət edən 171 saylı sərnişin avtobusu zibil daşyan avtomobillə toqquşub. Hadisə nəticəsində avtobusun azı 10 sərnişini xəsarət alıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.  /report

Xəbər xətti