"Formula-2": 13 pilot finişə çatıb, ilk qalib müəyyənləşib

13:42 - 27 Aprel 2019 - İDMAN

“Kampos” komandasının pilotu Cek Aitken Bakıda keçirilən “Formula-2” üzrə birinci yarışın qalibi olub.

Böyük britaniyalı sürücü 1 saat 2 dəqiqə 27,628 saniyə göstərici ilə rəqiblərini qabaqlayıb. 20 iştirakçıdan 13-ünün finişə çatdığı yarışda Nik de Vries (“Art Grand Prix”) ikinci, Yordan Kinq (“Motorsport”) isə üçüncü yeri tutub.

Qeyd edək ki, “Formula-2” üzrə ikinci yarış sabah saat 13:10-da start götürəcək və 21 dövrədən ibarət olacaq./ONA


Xəbər xətti