Neftçalada maşın FHN əməkdaşını vuraraq öldürüb

09:13 - 27 Aprel 2019 - HADİSƏ

Neftçala rayonunda piyadanı maşın vuraraq öldürüb. “Report”un Aran bürosu xəbər verir ki, hadisə Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında baş verib. Belə ki, rayonun Həsənabad kənd sakini, 1992-ci il Babayev Novruz Çingiz oğlu yolu keçmək istəyən zaman onu avtomobil vurub. Piyada aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində dünyasını dəyişib. N.Babayevin FHN-in əməkdaşı olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti