Türkiyədə tekstil fabriki Yanır
08:56 - 27 Aprel 2019 - HADİSƏ
Türkiyənin Dənizli əyalətindəki tekstil fabrikində yerli vaxtla saat 03.30 - da yanğın baş verib.
Alov parçaların üzərinə sıçrayıb və qısa müddət ərzində bütün fabriki əhatə etdi.
Hadisə yerinə yanğınsöndürənlər, polis və tibb işçiləri cəlb edilib.
Yanğın söndürmə briqadaları yerində işini davam edir./trend