Hərbi helikopter qəzaya uğradı: 2 ölü, 1 ağır yaralı

07:46 - 27 Aprel 2019 - HADİSƏ

Mərakeşin cənubunda “Bell 205” hərbi helikopteri boş əraziyə düşərək qəzaya uğrayıb.

Ucnoqta.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə aprelin 27-si günün ikinci yarsında baş verib.

Yerli “Le 360” portalının məlumatına görə, qəza nəticəsində pilot və göyərtə mühəndisi ölüb, pilot köməkçisi isə ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır.

 

Namiq

Xəbər xətti