Goranboyda qadın əri tərəfindən bıçaqlanıb

23:59 - 26 Aprel 2019 - HADİSƏ

Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.

Rayonun 1978-ci il təvəllüdlü Dəliməmmədli şəhər sakini K.Tağıyeva ailə münaqişəsi zəminində əri tərəfindən bıçaqlanıb.

Döş qəfəsindən bir neçə bıçaq yarası alan qadın Gəncə şəhərindəki xəstəxanaların birinə yerləşdirilib. O, cərrahiyyə əməliyyatı olunub və vəziyyəti sabitdir.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti