Yevlax xəstəxanasında yanğın olub

20:55 - 26 Aprel 2019 - HADİSƏ

Bu gün axşam saatlarında Yevlax rayon Mərkəzi Xəstəxanasında yanğın baş verib.

Hadisə xəstəxananın qəbul şöbəsində qeydə alınıb. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat verilb və əraziyə yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub.

Yanğının qarşısı alınıb və genişlənməsinə imkan verilməyib.
Hadisə nəticəsində xəsarət alan olmayıb./ONA

Xəbər xətti