Bakıda 68 yaşlı kişini avtomobil vurub öldürdü

20:29 - 26 Aprel 2019 - HADİSƏ

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə paytaxtın Nərimanov rayonunda baş verib. Xətai prospekti 25 saylı ünvanın qarşısında 1989-cu il təvəllüdlü Xanbutayev Zaur Əli oğlu idarə etdiyi "KİA Sorento" markalı avtomobillə piyada, 1951-ci il təvəllüdlü Abasov İsmayıl İbrahim oğlunu vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb.

Xəbər xətti