Döyülmə hadisəsi Nardaran-Maştağa qəsəbəsi, Yeni yaşayış massivində qeydə alınıb.
Ucnoqta.az ONA-ya istinadən xəbər verir ki, 46 yaşlı kişi Qarayev Edqar Binnət oğlu həyat yoldaşı ilə mübahisə edib. Nəticədə o arvadı tərəfindən küt alətlə döyülüb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Həkimlər ona döş qəfəsinin və başının küt əzilməsi diaqnozu qoyub.
Fakt araşdırılır.