Mətbuatda bu ilin 13 may tarixində Avropa İttifaqı ilə Azərbaycan arasında Sazişin imzalanacağı ilə əlaqədar məlumat yayılıb.
Xarici işlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Azərbaycanla Avropa İttifaqı arasında Sazişin məhz bu ilin 13 may tarixində imzalanması nəzərdə tutulmayıb:
"Çünki, ölkəmizlə Aİ arasında tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək Saziş üzrə danışıqlar hələ ki, davam etdirilir"- məlumatda bildirilir.
Emin