"Türkiyədəki bələdiyyə seçkiləri ilə bağlı etirazlara baxılır"

15:29 - 23 Aprel 2019 - Xəbər

"Türkiyədə keçirilən bələdiyyə seçkiləri xalqın fəal iştirakı ilə tam şəffaf şəkildə baş tutdu". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O bildirib ki, seçkilərlə bağlı edilən etirazlara baxılır: "Hazırda seçki ilə bağlı həyata keçirilən bəzi etirazların dəyərləndirilməsi prosesi hələ də davam edir. Seçkilərin problemsiz və obyektiv şəkildə həyata keçməsi hamımız üçün sevindiricidir".

Xəbər xətti