Hövsanda 31 yaşlı kişi bıçaqlanıb

19:02 - 20 Avqust 2025 - HADİSƏ

Suraxanı rayonunda qətl hadisəsi baş verib.

APA-nın xəbərinə görə, avqustun 20-də saat 18 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində 31 yaşlı Rasim Lariyonov münaqişə zəminində bıçaqla qətlə yetirilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini 47 yaşlı Emil Hüseynov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti