Boliviyada avtobusun uçurumdan aşağı düşməsi nəticəsində 25 nəfər həyatını itirib, daha 24-ü yaralanıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli polisə istinadən ABI agentliyi məlumat yayıb. Ölənlərin sayının artma ehtimalı var. Hazırda qəza yerində əməliyyat-axtarış işləri davam edir.
Polisin məlumatına görə, avtobusun sürücüsü yük maşınını ötməyə cəhd edib, lakin idarəetməni itirib və 300 metr hündürlükdən dərəyə düşüb. Hazırda araşdırma aparılır, hadisənin bütün detalları müəyyənləşdirilir.