Ucnoqta.az
www.ucnoqta.az

Boliviyada avtobus uçuruma yuvarlanıb, 25 nəfər ölüb

22:02 - 22 Aprel 2019 tarixində dərc olunub.

Boliviyada avtobusun uçurumdan aşağı düşməsi nəticəsində 25 nəfər həyatını itirib, daha 24-ü yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli polisə istinadən ABI agentliyi məlumat yayıb. Ölənlərin sayının artma ehtimalı var. Hazırda qəza yerində əməliyyat-axtarış işləri davam edir.

Polisin məlumatına görə, avtobusun sürücüsü yük maşınını ötməyə cəhd edib, lakin idarəetməni itirib və 300 metr hündürlükdən dərəyə düşüb. Hazırda araşdırma aparılır, hadisənin bütün detalları müəyyənləşdirilir.

Müəllif: