Ukraynanın hazırkı prezidenti Petro Poroşenko məğlubiyyətlə barışıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, seçkilərin ədalətli keçdiyini və növbəti ay prezident postunu tərk edəcəyini deyib: “Əziz ukraynalılar! Mən növbəti ay postumu tərk edəcəm. Bu qərarı ukraynalıların əksəriyyəti verib və mən bu qərarla razılaşıram”.
Poroşenko Zelenskini təbrik etmək üçün ona zəng edəcəyini də söyləyib:
“Heç vaxt təslim olma deyilib. Ancaq mən ekzit-polların nəticələrini görürəm və bu nəticələr məni vadar edir ki, rəqibimə zəng vurub təbrik edim”.