Ucnoqta.az
www.ucnoqta.az

Poroşenko: <font color=red><b>“Heç vaxt təslim olma deyilib"</b></font>

22:13 - 21 Aprel 2019 tarixində dərc olunub.

Ukraynanın hazırkı prezidenti Petro Poroşenko məğlubiyyətlə barışıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, seçkilərin ədalətli keçdiyini və növbəti ay prezident postunu tərk edəcəyini deyib: “Əziz ukraynalılar! Mən növbəti ay postumu tərk edəcəm. Bu qərarı ukraynalıların əksəriyyəti verib və mən bu qərarla razılaşıram”.

Poroşenko Zelenskini təbrik etmək üçün ona zəng edəcəyini də söyləyib:
“Heç vaxt təslim olma deyilib. Ancaq mən ekzit-polların nəticələrini görürəm və bu nəticələr məni vadar edir ki, rəqibimə zəng vurub təbrik edim”.

Müəllif: