Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Şri-Lankada baş verən terror aktlarını pisləyib.
Bu barədə Azərbaycan XİN-in "Twitter" səhifəsində bildirilir. Məlumatda deyilir:
"Biz Şri-Lankanın kilsələrində və otellərində baş verən və çox sayda günahsız insanın həlak olmasına və yaralanmasına səbəb olan terror aktlarını pisləyirik. Biz həlak olanların ailələrinə və Şri-Lanka xalqına dərin hüznlə başsağlığımızı bildirir, yaralıların tez bir zamanda sağalmasını diləyirik".
Qeyd edək ki, Şri-Lankada Pasxa bayramı zamanı Kolombo şəhərində və ölkənin digər yerlərində yerləşən otellərdə və kilsələrdə 8 partlayış törədilib.
Son məlumatlara əsasən, partlayışlar nəticəsində 185 nəfər həlak olub, təxminən 500 nəfər yaralanıb./trend