Rusiyanın tanınmış televiziya aparıcısı Viktoriya Bonya qalmaqala səbəb olacaq açıqlama verib.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, aparıcısı olduğu proqramda rus model İrina Şeyk barədə şok iddia ortaya atıb. Viktoriya qeyd edib ki, İrina “Yuventus”un futbolçusu Kriştianu Ronaldonun münasibəti saxta olub.
“İrina Ronaldo ilə 5 illik müqavilə imzaladı. Bitəndən sonra isə ayrıldılar. İndiki qadınlar hər şeyə razı olurlar. Ronaldonun indiki sevgilisi də saxtadır, müqavilə bağlayıblar. Mən heç vaxt belə bir şey etməzdim. Həqiqi ailə və ər istərdim”- deyə Viktoriya bildirib.
TV ulduzun açıqlaması qısa müddət sonra dünya KİV-lərində dərc olunub, sosial şəbəkələrdə müzakirələr yaradıb.