“Hüseynova bacıları” verilişində Amerikanı Avropanın paytaxtı adlandıran müğənni Şəbnəm Tovuzlu yenə savadı ilə seçilib.
İnstaqramda verilişdəki situasiyanı ona xatırladan istifadəçiyə Şəbnəm belə reaksiya göstərib:
“Xanım dostlarım reytinq xatirinə belə bir şou yaratmanızı xahiş etmişdi. Bilirəm Avropa ölkələri hansıdır, 26 şengen ölkələri hansı ölkələrdi və Amerikanın paytaxtı da haradır (Nyu-Yorkdur).Amm anladım ki, kimlərinsə reytinq xatirinə öz karyerma zərbə vururam”.
Qeyd edək ki, ABŞ paytaxtı Nyu York deyil, Vaşinqton şəhəridir.
Xatırladaq ki, ARB TV-də yayımlanan verilişdə müğənni Avropa ölkələrini tanımamış, Amerikanı Avropanın paytaxtı adlandırmışdı. Daha sonra o millətimizi cahil adlandırmışdı./Buta.media