Faiq Qarayev milliyə qayıtdı

13:08 - 17 Aprel 2019 - İDMAN

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi müəyyənləşib. 

Ucnoqta.az ona.az-a istinadən xəbər verir ki, yığmamızı yenidən Faiq Qarayev çalışdıracaq. 6 ay əvvəl Yaponiyada keçirilən dünya çempionatında uğursuz çıxışdan sonra səhhəti ilə bağlı məşqçilik karyerasını başa vurduğunu açıqlayan təcrübəli mütəxəssis yenidən komandanın “sükanı arxasına” qayıdıb.

Qeyd edək ki, F.Qarayev Azərbaycan Voleybol Federasiyasında 1-ci vitse-prezident vəzifəsində çalışır.

Xəbər xətti