Şəbnəmdən Amerika söhbətinə sərt reaksiya: "Sənin kimi nə qədər cahil millətimiz var"

10:59 - 17 Aprel 2019 - MAQAZİN

Müğənni Şəbnəm Tovuzlunun "Hüseynova bacıları” verilişində işlətdiyi sözlər ötən gündən bəri gündəmi zəbt edib. 

Müğənninin verilişlərin birində Amerikanı Avropanın paytaxtı adlandırması sosial şəbəkədə müzakirələrə səbəb olub. Bir çox sosial şəbəkə istifadəçisi isə ifaçını ələ salıb. İnstaqram səhifəsində yeni mahnısı ilə bağlı paylaşım edən Şəbnəmə izləyiciləri efirdə dediyklərini xatırladan şərh yazıb. Müğənni ona yazılan "Bilmirsiz, özünüzü verilişdə biabır etməyin, ayıbdır" sözlərinə sərt reaksiya verib.

Şəbnəm izləyicisinə "Gör sənin kimi nə qədər cahil millətimiz var. Bu, səhnəarxası bir zarafat, məzə idi. Amma yaxşı ki, saytlar sizin kimi cahillərin başına torba hörüb hər şeyə inandırır" cavabını verib. /azxeber.com


Xəbər xətti