Notr-Dam kilsəsində baş vermiş yanğının ilkin səbəbi Açıqlanıb
08:26 - 17 Aprel 2019 - DÜNYA
Parisin ən möhtəşəm tarixi abidəsi olan Notr-Dam kilsəsində baş vermiş yanğını araşdıran kriminalistlər onun səbəbləri barədə ilkin qənaətə gəlib.
ONA-nın “Le Parisien” nəşrinə istinadən verdiyi xəbərə görə, ilkin versiya olaraq yanğına elektrik xətlərində yaranmış nasazlıq səbəb kimi göstərilib.
Ancaq bununla belə, yanğının abidənin hansı hissəsindən qaynaqlandığı dəqiqləşdirilməyib.