Venesuelada həbsxanadan 60-a yaxın məhbus qaçıb

08:00 - 17 Aprel 2019 - Xəbər

Venesuelanın Nueva-Esparta ştatında həbsxanadan kütləvi şəkildə məhbuslar qaçıb. Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb. Yerli "Noticias Venezuela" portalının məlumatına görə, həbsxanadan təxminən 60 məhbus qaçıb və silahla iki mühafizəçiyə hücum edib. Hər iki mühafizəçi yaralanıb və xəstəxanaya çatdırılıb. İlkin məlumata əsasən, ölən məhbuslardan biridir. Qaçan məhbuslar həbsxananın gözətçi otağında olan silahı götürməyə nail olublar. Hal-hazırda qaçan məhbusların axtarışı üzrə işlər aparılır. Trend

Xəbər xətti