Çilidə “Camanchaca” şirkətinə məxsus kiçiktutumlu təyyarə yaşayış evlərinə çırpılıb.
Bu barədə “24 horas” portalı məlumat yayıb. Məlumatda qeyd olunur ki, hadisə Puerto-Mont şəhərində baş verib. Təyyarə evlərə çırpıldıqdan sonra yanğın başlayıb. Həmin vaxt təyyarədə 6 nəfərin olduğu və onların hamısının həyatını itirdiyi deyilir.
Həmçinin hadisə baş verərkən evlərin yaxınlığında olan bir qadın xəsarət alıb. O, təcili xəstəxanaya çatdırılıb.
Hazırda təyyarə qəzasının təfərrüatları araşdırılır./ONA