İlham Əliyev: "Paris Notr-Dam Kilsəsində baş verən yanğınla bağlı dərindən kədərləndim"

14:41 - 16 Aprel 2019 - Xəbər

Ümid edirəm ki, Paris Notr-Dam Kilsəsi qısa müddətdə bərpa olunaraq yenidən bəşəriyyətə qaytarılacaq.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Twitter" səhifəsində qeyd edib.
Dövlətimizin başçısı bildirib:

"Fransanın və dünyanın mədəni irs incilərindən biri olan Paris Notr-Dam Kilsəsində baş verən yanğınla bağlı dərindən kədərləndim.
Ümid edirəm ki, abidə qısa müddət ərzində bərpa olunaraq yenidən bəşəriyyətə qaytarılacaq".

Xəbər xətti