Bakı metropoliteninə həkim və tibb bacıları tələb olunur

12:27 - 16 Aprel 2019 - Xəbər

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti Sağlamlıq mərkəzinə həkim və tibb bacısı vəzifələri üzrə işə qəbul elan edir.

QSC-dən Ucnoqta.az-a verilən məlumata görə, aşağıdakı tələblərə uyğun gələn şəxslər işə qəbul olunur: 

TƏLƏBLƏR:
Təhsil/ təcrübə

- Ali təhsil (həkim-terapevt);
- Orta-ixtisas təhsili (tibb bacısı);
- İdarəedicilik qabiliyyəti, məsuliyyətli yanaşma, komandada işləmə bacarığı;
- Azərbaycan dilini mükəmməl bilmə;
- Kompyuter bilikləri;

Vəzifə öhdəlikləri:

- Metropoliten əməkdaşlarına ilk tibbi yardım göstərməli və maşinistləri reysqabağı tibbi müayinədən keçirməli;
İş rejimi: 09:00-17:00

İddiaçılar “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar

Xəbər xətti