Messi sabaha hazırdır

22:00 - 15 Aprel 2019 - Xəbər

"Barselona"nın futbolçusu Lionel Messi Çempionlar Liqasının 1/4 finalında "Mançester Yunayted"lə sabahkı cavab oyununa hazırdır.

Bu barədə Kataloniya klubunun baş məşqçisi Ernesto Valverde məlumat verib: "Messidə hər şey qaydasındadır. O, sabahkı matça hazırdır".
Qeyd edək ki, Messi  ÇL-in 1/4 finalında "MY" ilə ilk görüşdə burnundan zədə almışdı. Bu səbəbdən o, La Liqada "Ueska" ilə matçı buraxıb./qol.az

Xəbər xətti