“Formula 1” “Red Bull” komandasının pilotları Pyer Qasli və Maks Ferstappen Azərbaycan Qran-prisində daha güclü mühərriklərlə təmin olunacaq.
Yeni mühərriklər əvvəlkindən 20 at gücü daha qüvvətli olacaq və bolidin 0,2 saniyə daha sürətlə hərəkət etməsini təmin edəcək.
Qeyd edək ki, “Red Bull” bu mövsümdən əvvəl mühərrik istehsalçısı “Honda” ilə müqavilə imzalayıb. Bundan əvvəl “Red Bull” yarışlarda “Renault” mühərrikləri ilə çıxış edirdi.
Azərbaycan Qran-prisi aprelin 26-28-də keçiriləcək./trend