"Barselona"nın müdafiəçisi Samuel Umtiti daha bir klubun maraq dairəsinə düşüb.
Qol.az-ın "sport.es" nəşrinə istinadən yaydığı xəbərə görə, artıq "Yuventus" da fransalı futbolçu ilə maraqlanır. Leonardo Bonuççi, Andrea Bardzalyi və Corco Kyellininin yaşını nəzərə alan Turin klubu onların əvəzləyə biləcək arxa xətt oyunçuları axtarır. Hazırda əsas namizədlərdən birinin məhz Umtiti olduğu iddia olunur.
"Yuventus"un mövsümün sonunda Fransa millisinin üzvü üçün "Barselona"ya 80 milyon avro təklif edə biləcəyi gözlənilir.
Qeyd edək ki, DÇ-2018-dən öncə Kataloniya klubu ilə müqaviləsinin müddətini 2023-cü ilin yayına qədər uzadan Umtiti son vaxtlar əsas heyətdə düşməkdə çətinlik çəkir.