Bakıda doğuş zamanı ana ölüb.
Ucnoqta.az xəbər verir ki, bununla bağlı Oxu.Az-a Yasamal rayon Polis İdarəsindən məlumat verilib. Bildirilib ki, aprelin 12-si 07:30 radələrində Respublika Klinik Xəstəxanasında doğuş zamanı Neftçala rayon sakini, 26 yaşlı Qənbərova Elnurə Ələddin qızı dünyasını dəyişib.
Hazırda rayon prokurorluğunda faktla bağlı araşdırmalara başlanılıb. Ölümün dəqiq səbəbi araşdırılır.