Ucnoqta.az
www.ucnoqta.az

Bakıda qadın doğum zamanı öldü

15:09 - 13 Aprel 2019 tarixində dərc olunub.

Bakıda doğuş zamanı ana ölüb. 

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Oxu.Az-a Yasamal rayon Polis İdarəsindən məlumat verilib. Bildirilib ki, aprelin 12-si 07:30 radələrində Respublika Klinik Xəstəxanasında doğuş zamanı Neftçala rayon sakini, 26 yaşlı Qənbərova Elnurə Ələddin qızı dünyasını dəyişib.

Hazırda rayon prokurorluğunda faktla bağlı araşdırmalara başlanılıb. Ölümün dəqiq səbəbi araşdırılır. 

 

Müəllif: