AFFA-dan "Neftçi"yə ciddi Xəbərdarlıq

15:13 - 9 Aprel 2019 - İDMAN

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İclasda "Neftçi" - "Zirə" oyunu ilə bağlı qərarlar qəbul olunub. Belə ki, Premyer Liqanın XXIII turunun “Neftçi” - “Zirə” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 90-cı dəqiqəsində “Zirə” klubunun 38 №-li futbolçusu İlkin Muradov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Zirə” klubunun 1 №-li futbolçusu Orxan Sadıqlı rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.

Matçının ikinci hissəsi “Neftçi” klubunun səhlənkarlığı ucbatından 6 dəqiqə gec başladığı üçün klub 2400 manat cərimə olunub. Matç başa çatdıqdan sonra “Neftçi” klubunun mühafizəçiləri meydana daxil olduqlarına görə kluba ciddi xəbərdarlıq olunub. Bu hal təkrarlanacağı təqdirdə daha ciddi sanksiyalar tətbiq olunacaq./Trend

Xəbər xətti