Salyanda avtomobil kanala aşıb, 2 nəfərə ölüb.
Ucnoqta.az ONA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə Salyan rayonunun Sarvan kəndində qeydə alınıb. Neftçala rayonunun Qaçaqkənd sakini, 1990-cı il təvəllüdlü Şəhriyar Abışovun idarə etdiyi “Hyundai” markalı avtomobil kanala aşıb.
Nəticədə avtomobildə olan sərnişin Neftçala sakini, 1994-cü il təvəllüdlü Mərhəmət İsrafilov hadisə yerində, sürücü isə səhər saatlarına aldığı xəsarətlərdən Salyan rayon Xəstəxanasının reanimasiya şöbəsində ölüb.
Xəsarət alan digər 2 nəfər isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.