Ucnoqta.az
www.ucnoqta.az

Salyanda avtomobil kanala aşıb: <font color=red><b>2 nəfər ölüb, 2 nəfər xəsarət alıb </b></font>

10:50 - 7 Aprel 2019 tarixində dərc olunub.

Salyanda avtomobil kanala aşıb, 2 nəfərə ölüb.

Ucnoqta.az ONA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə Salyan rayonunun Sarvan kəndində qeydə alınıb. Neftçala rayonunun Qaçaqkənd sakini, 1990-cı il təvəllüdlü  Şəhriyar Abışovun idarə etdiyi “Hyundai” markalı avtomobil kanala aşıb.

Nəticədə avtomobildə olan sərnişin Neftçala sakini, 1994-cü il təvəllüdlü Mərhəmət İsrafilov hadisə yerində, sürücü isə səhər saatlarına aldığı xəsarətlərdən Salyan rayon Xəstəxanasının reanimasiya şöbəsində ölüb.

Xəsarət alan digər 2 nəfər isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Müəllif: