Ağstafaya və Goranboya yeni icra başçısı təyin edilib

14:49 - 5 Aprel 2019 - Xəbər

Azərbaycan Prezidenti İlham Əliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısının təyin edilməsi barədə sərəncam imzalayıb. 

Sərəncama əsasən, Nizaməddin Məhəmməd oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Dövlət başçısının digər sərəncamı ilə Məhərrəm Böyükağa oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bundan başqa, Prezident İlham Əliyevin sərəncamı ilə Nizaməddin Məhəmməd oğlu Quliyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

M.Quliyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Xəbər xətti