Çin və ABŞ arasında ticarət tariflərinin azaldılması qüvvəyə minib

08:46 - 14 May 2025 - İQTİSADİYYAT

Çin və ABŞ-ın İsveçrədə razılaşdığı qarşılıqlı ticarət tariflərindəki endirim Pekin vaxtı ilə saat 12:01-dən qüvvəyə minib.

Ucnoqta.az xəbər verir ki, Çin Xalq Respublikası Dövlət Şurasının Tarif Komitəsinin 4 aprel tarixli fərmanına əsasən, bütün Amerika məhsullarına 34% rüsum tətbiq edilib.
İndi 10%-ə qədər endirilib və 24 faiz bəndi 90 gün ərzində dondurulub. Əlavə rüsumun məbləğini ardıcıl olaraq 84% və 125%-ə çatdıran 9 aprel və 11 aprel tarixli fərmanlar ləğv edilir ki, bu da tariflərin məbləğinin 91 faiz bəndi azaldılması deməkdir.

Mayın 10-11-də İsveçrədə Çin-Amerika ticarət-iqtisadi danışıqları keçirilib. Nəticədə Çin və ABŞ aprelin əvvəlindən tətbiq edilən əlavə rüsumları mayın 14-dən 10%-ə endirmək barədə razılığa gəliblər.

Xəbər xətti