Trampın Əhməd əl-Şaraa ilə görüşündən FOTO

12:28 - 14 May 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp Suriya administrasiyasının yeni rəhbəri Əhməd əl-Şaraa ilə danışıqlar aparıb. İki lider ABŞ-Körfəz Əməkdaşlıq Şurasının zirvə görüşündən əvvəl Ər-Riyadda görüşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

ABŞ və Suriya prezidentlərinin görüşü son 25 ildə ilk görüş olub. Tramp çərşənbə axşamı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın istəyi ilə Birləşmiş Ştatların Bəşər Əsəd hakimiyyəti dövründə Suriyaya qarşı tətbiq etdiyi sanksiyaları ləğv edəcəyini açıqlayıb.


Xəbər xətti