Türkiyə XİN başçısı Dağlıq Qarabağ münaqişəsini NATO üçün təhlükə adlandırıb

20:15 - 3 Aprel 2019 - Xəbər

"Biz sülh və barışıq şəraitində yaşamırıq. Dörd tərəfimizdə müharibələr gedir və biz NATO-nun ən öndəki cəbhə xəttindəyik".

Ucnoqta.az ONA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NATO xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşündə çıxış edərkən deyib. Nazir NATO-nun üzləşdiyi təhlükələr sırasında Dağlıq Qarabağ münaqişəsini də qeyd edib:

"Türkiyəyə baxdıqda, bölgəmizdə qeyri-qanuni miqrasiyadan terrora qədər, Qarabağ, Gürcüstan, Krım, Kipr məsələləri kimi bir sıra problemlər mövcuddur".  

Xəbər xətti