“Eurovision 2019”da şounu Azərbaycan bağlayacaq

23:48 - 2 Aprel 2019 - MAQAZİN

İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcək “Eurovision 2019” mahnı müsabiqəsində ölkələrin hansı nömrə altında çıxış edəcəyi dəqiqləşib.

Azərbaycan bu il bütün finalçıları müəyyənləşdirəcək gecənin bağlanışını edəcək. Azərbaycanı müsabiqədə təmsil edən Çingiz Mustafayev “Truth” adlı mahnı ilə 18-ci nömrə altında səhnəyə çıxacaq. O, ölkəmizi “Truth” (“Həqiqət”) mahnısı ilə təmsil edəcək.

Müsabiqənin birinci yarımfinalı mayın 14-də, ikinci yarımfinalı mayın 16-da, final isə mayın 18-də keçiriləcək.
Ümumilikdə builki müsabiqədə 41 ölkə təmsil olunacaq./qafqazinfo

Xəbər xətti