“CinemaPlus” kinoteatrlar şəbəkəsi 2019-ci ildə “Cinemazadeh” studiyasında peşəkar azərbaycan dilinə dublyaj olunmuş “Kefli valideynlər” komediyasının nümayişinə başlayıb.
Dublyajın redaktoru və tərcüməçisi Vüqar Hüseynov, rejissor Kamal Yaşar, səs rejissoru Orxan Ağalarov, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüsser Əlisəttar Quliyev, baş prodüsser Cəfər Axundzadə.
Filmi Oksana Rəsulova, Vüsal Hacıqədir, Əlixan Rəcəbov, Təranə Ocaqverdiyeva, Rəhim Rəhimov, Rauf Ağakişiyev, Toğrul Rza və Mahir Mirişli səsləndirib.
Filmin rejissoru Fred Vulfdur. Baş rollarda məşhur hollivud aktyorları Salma Hayek və Alek Bolduin çəkilib.
Film haqqında qısa məlumat: Ailə cütlüyü Frenk və Nensi dostları və qızlarından tam maliyyə iflasını gizlətməyə çalışırlar. Bunun üçün onlar hər şeyə gedirlər, hətta özgəsinin malikanəsini kirayə verirlər. Lakin avantürist cütlük inanılmaz fırıldaqlarını həyata keçirə biləcəklərmi? Axı onların hər bir addımı içmək üçün əla bəhanədir…
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.