Bu gün Sumqayıtın bəzi hissələrində işıq Olmayacaq

09:14 - 2 Aprel 2019 - Xəbər

Bu gün Sumqayıtın bəzi hissələrinə elektrik enerjisi fasilələrlə veriləcək.

 "Azərişıq" ASC-dən verilən məlumata görə, "Sumqayıt Dəmiryolu İdarəsi" tərəfindən tunel-keçid tikilən ərazidən elektrik xətlərinin köçürülməsi səbəbindən Sumqayıt şəhərinin 6-cı,10-cu,12-ci mikrorayonlarında elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

ASC yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyir.

Xəbər xətti