Ucnoqta.az
www.ucnoqta.az

Bu gün Sumqayıtın bəzi hissələrində işıq <font color=red><b>Olmayacaq</b></font>

09:14 - 2 Aprel 2019 tarixində dərc olunub.

Bu gün Sumqayıtın bəzi hissələrinə elektrik enerjisi fasilələrlə veriləcək.

 "Azərişıq" ASC-dən verilən məlumata görə, "Sumqayıt Dəmiryolu İdarəsi" tərəfindən tunel-keçid tikilən ərazidən elektrik xətlərinin köçürülməsi səbəbindən Sumqayıt şəhərinin 6-cı,10-cu,12-ci mikrorayonlarında elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

ASC yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyir.

Müəllif: