Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun son oyunu keçirilib.
Autsayder "Sumqayıt" "Kapital Bank Arena"da son 5 mövsümün çempionu "Qarabağ"ı qəbul edib. Görüşdən əvvəl hər iki komandanın ifasında Aprel döyüşlərinin üçüncü ildönümü münasibətilə tədbir təşkil olunub. Lakin görüş heç də dostcasına keçməyib. "Qarabağ" hər hissədə 3 top vuraraq 6:0 hesabı ilə qalib gəlib.
Hesabı 17-ci dəqiqədə Dani Kintana açıb. 20 və 40-cı dəqiqələrdə Mahir Mədətov fərqlənərək "dubl" edib. Darmadağına 50-ci dəqiqədə Filip Ozobiç qoşulub. Oyunda son sözü isə 78 və 84-cü dəqiqələrdə Abdullah Zubirdeyib.
Bu qələbə sayəsində xallarını 48-ə çatdıran "Qarabağ" "Neftçi"nin liderliyinə şərik olub. "Sumqayıt" isə 17 xalla 8-ci pillədə qalıb.
Qeyd edək ki, turun digər görüşlərində "Səbail" səfərdə "Zirə"ni 2:1, "Neftçi" "Keşlə"ni 1:0 hesabı ilə məğlub edib. "Qəbələ" - "Sabah" matçında isə hesab açılmayıb./report