Rafael Ağayev Avropa çempionatının finalında -ardıcıl 4 rəqibini məğlub etdi

22:24 - 28 Mart 2019 - İDMAN

İspaniyanın Quadalaxara şəhərində böyüklərin 54-cü Avropa çempionatı başlanıb.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, turnirin ilk günü kumitenin bütün çəki dərəcələrində və kata üzrə fərdi yarışlar keçirilib. 75 kq çəki dərəcəsində çıxış edən Rafael Ağayev ardıcıl 4 rəqibini məğlub edərək final görüşünə vəsiqə qazanıb. O, 30 martda italiyalı Luici Busa ilə qızıl medal uğrunda döyüşə çıxacaq.

Qeyd edək ki, 28-31 mart tarixlərində baş tutacaq qitə çempionatında Azərbaycan 19 idmançı ilə təmsil olunur. Artıq onlardan 7-si məğlub olaraq mübarizəni dayandırıb.

-75 kq, Rafael Ağayev

1. Yusid Suljiç (Bosniya və Herseqovina) - 3:0
2. Bekim Başa (Albaniya) - 3:1
3. Elhami Şabani (Kosova) - 3:0
4. Stanislav Horuna (Ukrayna) - 5:1

Final

Luici Busa (İtaliya) (şənbə günü)

Xəbər xətti