UEFA Ukrayna yığmasını ciddi cəzalandıra bilər

00:05 - 28 Mart 2019 - İDMAN

UEFA İntizam Komitəsi Ukrayna yığmasına qarşı iş açıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu, milliləşdirilmiş braziliyalı hücumçu Junior Moraesin AVRO-2020-nin iki seçmə matçında iştirakı ilə əlaqədardır. Məsələyə komitənin yaxın iclaslarının birində baxılacağı açıqlansa da dəqiq tarix məlum deyil. Moraesin AVRO-2020-nin seçmə matçlarında iştirakından Portuqaliya və Lüksemburq Futbol federasiyaları şikayət edib.

Onlar 31 yaşlı forvardın Ukrayna yığmasında çıxış etmək huququnun olmadığını iddia edirlər. Bu, "sambaçı"nın yeni vətənində ölkəni tərk etmədən 5 il yaşamaması ilə əlaqələndirilir. Etirazlar qəbul olunsa, Ukrayna yığmasına ilk 2 oyun üçün texniki məğlubiyyət verilə bilər. Halbuki Andrey Şevçenkonun baş məşqçi olduğu kollektiv səfərdə Portuqaliya ilə qolsuz heç-heçəyə, Lüksemburq üzərində isə 2:1 hesablı qələbəyə nail olub.

Hazırda bu komanda 4 xalla B qrupunun lideridir.

Xəbər xətti