AFFA-dan formadakı yanlışlığı görə sərt Xəbərdarlıq

15:03 - 27 Mart 2019 - İDMAN

Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya ilə keçirdiyi səfər oyununda Emin Mahmudovun geyindiyi forma müzakirə obyektinə çevrilib.

Ucnoqta.az Matc.az-a istinadən xəbər verir ki, AFFA məlum məsələ ilə bağlı mövqeyini artıq ortaya qoyub. Belə ki, Zaqrebdəki görüşün 72-ci dəqiqəsində meydana daxil olan "Neftçi"nin yarımmüdafiəçisinin formasında hərf səhfi gedib və soyadı "Makhmudiv" kimi yazılıb. AFFA rəhbərliyi qeyd olunan texniki yanlışlıqla bağlı məsul şəxslərə ciddi xəbərdarlıq edib.

Qeyd edək ki, Xorvatiya - Azərbaycan oyunu birincilərin 2:1 hesablı qələbəsi ilə nəticələnib.

Xəbər xətti