"Real" futbolçusu Qaret Beyli yayda satmağa qərar verib.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, klub rəhbərliyi və baş məşqçi Zinəddin Zidanın istəyi ilə bu qərara gəlinib. Bu mövsümün sonuna kimi çıxışından asılı olmayaraq uelsli oyunçu ilə yollar ayrılacaq.
Xəbərdə Madrid təmsilçisinin 29 yaşlı hücumçunu yüksək qiymətə satmaq istədiyi iddia olunub.
Qeyd edək ki, Beyllə "Mançester Yunayted" və "Bavariya"nın maraqlandığı iddia olunur.