Müğənni Afət Fərmanqızı xalq artisti Brilliant Dadaşovanın tənqidinə təhqirlə cavab verib.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Afət İnstaqram hesabından paylaşdığı videosunda bunları deyib: “Bir xalq artisti digərinin tərəfini tutur ki, təhqir olunur. Döymə taxta qapımı, döyməyim dəmir qapını. Mən oturduğum yerdə heç kimi təhqir etmirəm. Məni təhqir edəni təhqir edirəm. Kimliyindən asılı olmayaraq, xalq artistidi hər kimdir. Getsin hərə öz xarabasında otursun, öz zibili ilə məşğul olsun”.