"Xəzər" televiziyasında yayımlanan "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı canlı efirdə maraqlı açıqlama verib.
Teleaparıcı Aysel Əlizadə ilə bağlı məsələnin müzakirəsi zamanı bildirib ki, xanım xanəndələrdən biri ailə dağıdır: "Hazırda o məsələni də araşdırıram və heç bir güzəşt etməyəcəyəm. Nə bu, nə də Aysellə bağlı məsələdə geri çəkilmək fikrim yoxdur".
Qeyd edək ki, bir neçə gün öncə sözügedən verilişə müraciət edən Turanə adlı qadın müğənmi Aysel Əlizadənin onun 13 illik ailəsini dağıtdığını bildirib. olke.az